Xəbər lenti
Bu gün, 19:40
Bu gün, 17:54
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
Anti-Rusiya sanksiyaları səbəbilə idxal məhsulları Qazaxıstanda 30-40 faiz bahalaşır.
Bu barədə «KazTaq» nəşrinə «Pinta», «BAO» və «Banka» şəbəkələrinin həmsahibi Yuri Neqodyuk danışıb.
Onun sözlərinə görə, artıq indi o, tədarükçülərdən məktublar alır. Onlar məhsulların baрalaşdığını yazırlar. Xüsusilə lososun qiyməti artıq 20-30 faiz artıb. Ekspert hesab edir ki, qiymətlər bundan sonra da qalxacaq, amma sanksiyaların nəticələri tam həcmdə təxminən 2 həftədən sonra hiss olunacaq. Neqodyuk həm də danışıb ki, logistika üzündən yaranan problemlər və tengenin ucuzlaşması (rublun məzənnəsinin düşməsi ilə sinxron) səbəbilə, yerli restoratorlar menyudan Avropa məhsullarından olan xörəkləri çıxarırlar və ya onların qiymətini qaldırırlar, çünki bu məhsulları yerliləri ilə əvəzləmək mümkün olmur.
Ekspertin fikrincə, meyvə və tərəvəzlərin qiymətləri əvvəlki səviyyədə qalmalıdır, çünki tezliklə mövsüm başlanacaq və Özbəkistandan, Qırğızıstandan və Çindən olan tədarükçülər öz məhsullarını hara isə satmalıdırlar.
Avropa məhsulları tenqenin ucuzlaşması ilə mütənasib olaraq, bahalaşır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar