Xəbər lenti

Almaniya hökuməti Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi üzərində işləyir ki, bu da kriptovalyutaların istifadəsinə məhdudiyyətlər, habelə Ukraynada əməliyyatı dəstəkləyən Belarus vətəndaşlarına qarşı tədbirləri əhatə edə bilər.

“Report” xəbər verir ki, bu barədə Almaniyanın maliyyə naziri Kristian Lindner mətbuat konfransında bildirib.

“Federal hökumət sanksiyaların genişləndirilməsi üzərində işləyir. Mən Rusiyadan başqa Belarusdakı müharibə tərəfdarlarını əhatə edəcək və kriptovalyutaların istifadəsi ilə maliyyə sanksiyalarından yayınma cəhdlərini istisna edən növbəti sanksiyalar paketindən danışıram”, - Lindner bildirib.



Ana səhifəyə qayıt        Baxış: 3 347          Tarix: 8-03-2022, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma