Xəbər lenti

Fransada prezident seçkilərində protokolların 97 faizinin hesablanmasından sonra ölkənin hazırkı prezidenti Emmanuel Makron 27,6 faiz səs toplayaraq liderliyini qoruyub saxlayır.

Sağçı “Milli Birlik” partiyasının rəhbəri Marin Le Pen ikinci yerdə (23,41 faiz), solçu “Əyilməz Fransa” partiyasının rəhbəri Jan-Lük Melanşon üçüncü yerdədir (21,95 faiz).

Fransanın metropoliten bölgəsində artıq ikinci tura da namizəd olmayan Melanşon birinci (30,24 faiz), Makron ikinci (30,19 faiz) və Le Pen isə üçüncü yeri (12,97 faiz səs) tutub.

Parisin özündə isə vəziyyət fərqlidir: Fransa paytaxtında Makron 35,33 faiz, Melanşon 30,09 faiz, Zemmur isə 8,16 faiz səs toplayıb. Marin Le Pen 5,54 faiz səslə altıncı yerdə qərarlaşıb.

Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.

Mənbə: RİA Novosti



Ana səhifəyə qayıt        Baxış: 3 404          Tarix: 11-04-2022, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma