Xəbər lenti

 Mayın 7-də Fransada prezident seçkilərinin həlledici — ikinci turunda "İrəli" hərəkatının namizədi, mərkəzçi Emmanuel Makron qalib gəlib. İlkin məlumatlara görə, o, səslərin 65,1 faizini əldə edib.
Sputnik Azərbaycan Euronews-a istinadla xəbər verir ki, "Milli cəbhə" partiyasının namizədi Marin Le Pen isə seçicilərin 34,9 faizinin səsini qazanıb. Qeyd edək ki, Fransada prezident seçkilərinin aprelin 23-də keçirilən birinci turunda 11 namizəd qatılmışdı. İlk turun nəticələrinə görə, E.Makron 24,01, M.Le Pen isə 21,3 faiz səs toplamışdı. 39 yaşlı Makron Fransa tarixində ən gənc prezident olacaq.





Ana səhifəyə qayıt        Baxış: 886          Tarix: 7-05-2017, 22:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma