Xəbər lenti
Bu gün, 20:17
Bu gün, 16:49
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
“Məndə olan məlumata görə, Medvedçuk Ukrayna-Macarıstan sərhədində saxlanılıb. O, Macarıstana gedirdi”.
Ovqat.com xəbər verir ki, Ukrayna Ali Radasının keçmiş deputatı, Radikal Partiyasının lideri Oleq Lyaşko sosial şəbəkələrdə paylaşdığı statusda belə yazıb.
Sabiq deputatın iddiasına görə, Medvedçukun qaçırılması əməliyyatı Rusiya və Macarıstan xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirmiş. Ukrayna kəşfiyyat orqanları isə tərəfdaş ölkələrdəki həmkarları ilə birlikdə bu planı deşifrə edib və Rusiyanın bir nömrəli agentini suç üstündə yaxalayıb.
“Mən bildiyimə görə, bu əməliyyat Macarıstan və Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə həyata keçirilib. Plana görə, o, əvvəlcə Macarıstana, oradan isə təyyarə ilə Moskvaya getməli idi.
Aydındır ki, Medvedçuk Rusiyanın hücumuna qarşı mübarizədə Ukraynanı dəstəkləyən Çexiya, Polşa, Slovakiyaya soxula bilməzdi. Ona görə də Putinin xaç atası Macarıstana getməyi planlaşdırırdı. Viktor Orbanın rəhbərlik etdiyi Macarıstan rejimi üçün ucuz rus qazı ukraynalıların tökülən qanından daha qiymətlidir.
Macarıstan xüsusi xidmət orqanları Rusiya Federasiyasının xüsusi xidmət orqanları ilə birlikdə Medvedçukun Ukraynadan çıxarılması üçün əməliyyat keçirməyə cəhd ediblər. Amma bizim xüsusi xidmət orqanları - SBU, kəşfiyyat - xarici partnyorlarla əməkdaşlıq edərək bu hərifi saxlayıblar.
Baş verənlər bütün dünyaya Ukrayna xüsusi xidmət orqanlarının hər bir düşməni hətta yerin altından tapmaq və nə qədər vaxt aparmasından asılı olmayaraq məsuliyyətə cəlb etmək bacarığını nümayiş etdirən gözəl xəbərdir”, - Oleq Lyaşko bildirib.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar