Xəbər lenti

Rusiya prezidenti Vladimir Putin Cənub hərbi dairəsinə daxil olan 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib.

Publika.az xəbər verir ki, bu haqda Rusiya Silah Qüvvələri Baş Qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən “Kommersant” nəşri bildirib.

Hərbi birləşmənin komandanlığı bir neçə ay ərzində xüsusi diqqətlə seçilib. Zabitlərin praktik təcrübəsi və özlərini döyüş əməliyyatlarında necə göstərdiyinə diqqət yetirilib.

2018-ci ildən 8-ci orduya general-mayor Sergey Kuzovlev komandanlıq edəcək. General-mayor Oleq Sekov qərargah rəhbəri və Kuzovlevin birinci müavini təyin edilib. O, Transqafqaz, Zabaykal, Sibir və Şimali-Qafqaz hərbi dairələrində, həmçinin Monqolustanda xidmət edib.

8-ci ümumqoşun ordusu cənub-qərb strateji istiqamətində, hər şeydən əvvəl Ukrayna ilə sərhəddə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 610          Tarix: 11-07-2017, 14:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma