Xəbər lenti

Rusiya Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsinin rəisi general-leytenant Yuri Sıç Vladimir Putinin əmri ilə vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu haqda “Kommersant” nəşri öz mənbələrinə istinadən bildirib.

İstefa əmri səhhətində problemlər yaranan generalın xahişi ilə verilib. General-mayor İqor Kolesnikov onun vəzifələrini müvəqqəti icra edəcək. 12-ci Baş İdarə Müdafiə Nazirliyində bütün nüvə döyüş sursatlarının saxlanılması, tətbiqi və hazırlanması məsələlərinə cavabdeh idarədir.

 




Ana səhifəyə qayıt        Baxış: 567          Tarix: 7-07-2017, 14:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma