Xəbər lenti
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
“Moskva Ukraynaya hücum edərək və alyansla dialoqu dayandırmaqla NATO-Rusiya Təsis Aktının tələblərini pozub və onu tamamilə məzmunsuzlaşdırıb”.
Ovqat.com xəbər verir ki, NATO baş katibinin müavini Mirça Coana bazar günü AFR-ə açıqlamasında belə deyib.
Onun fikrincə, Rusiyanın bu addımlarından sonra NATO artıq Şərqi Avropada öz qüvvələrini yerləşdirməmək kimi keçmiş öhdəliklərini yerinə yetirməyə borclu deyil.
Qeyd edək ki, 1997-ci ildə Rusiya və Alyans arasında münasibətləri normallaşdırmaq məqsədi ilə imzalanan Təsis Aktına əsasən, hər iki tərəf “Mərkəzi və Şərqi Avropa da daxil olmaqla, Avropanın razılaşdırılmış regionlarında adi qüvvələrin potensial təhlükə yaradan hər hansı bir şəkildə yığılmasının qarşısını almaq” barədə razılaşmışdılar. Sənəddə bildirilirdi ki, tərəflər qonşularına hücum etməməyə və mütəmadi məsləhətləşmələr aparmaqla problemləri çözməyə borcludurlar. Moskva isə Ukraynaya hücum etməklə və NATO ilə dialoq platformasından ayrılmaqla faktiki olaraq hər iki maddəni pozub. Mirça Coana da məhz bu məntiqdən çıxış edərək bildirib: “Ona görə də mən hesab edirəm ki, əslində bu Təsis aktı Rusiyada işləmir”.
NATO yetkilisinin sözlərinə görə, Rusiya faktiki olaraq 1997-ci il müqaviləsindən uzaqlaşıb:
“İndi bizim şərq cinahda möhkəm duruşumuzu və Alyans Nizamnaməsinin 5-ci maddəsinə söykənərək NATO ərazisinin hər kvadrat santimetrinin müttəfiqlərimizlə birlikdə təmin etmək üçün heç bir məhdudiyyətimiz yoxdur”.
Xatırladaq ki, NATO-nun 5-ci maddəsi kollektiv müdafiəyə istinad edir və bir üzvə hücumun bütün müttəfiqlərin hamısına hücum kimi qiymətləndirir.
Geoana NATO-nun planlaşdırdığı yeni hərbi yerləşdirmənin təfərrüatlarını açıqlamayıb, lakin "sağlam, çevik və davamlı bir mövcudluq” prinsipinə əsaslanacağını söyləyib.
2017-ci ildə NATO çəkindirici tədbir olaraq artıq Baltikyanı ölkələr və Polşaya çoxmillətli taktiki qruplar yerləşdirib. Bu il fevralında Rusiya Ukraynanı işğal etdikdən sonra bölgəyə əlavə qüvvələr göndərib. Amma Baltikyanı ölkələr bununla kifayətlənməyib özlərinin qorunmasında müttəfiqlərinin daha çox iştirakına, o cümlədən kiçik taktiki qrupları əvəz edəcək briqadaların yaradılmasına çağırıblar.
NATO-nun müdafiə nazirləri bu və digər məsələləri müzakirə etmək üçün iyunun ortalarında, NATO-ya üzv ölkələrin liderləri isə iyunun sonunda Madriddə keçiriləcək NATO sammitində hər hansı dəyişikliyi təsdiqləmək üçün görüşəcəklər.
Görünən budur ki, bu aydan sonra Rusiyanın qərb sərhədləri NATO qüvvələri ilə tam əhatələnmiş olacaq. Bəzi hərbi ekspertlər məhz həmin aylarda Ukraynanın rus ordusuna qarşı böyük əks-hücum əməliyyatına başlayacağını bildirirlər.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar