Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Şimali Atlantika İttifaqı (NATO) Ukraynanın mövqeyini dəstəkləyir və işğal olunmuş Krım yarımadasının onun yurisdiksiyasına geri qaytarılmasını tələb edir”.
Ovqat.com xəbər verir ki, NATO baş katibinin müavini Mirça Coane Kiyevdə keçirilən “Krım Platforması”nın təsis zirvəsindəki çıxışında belə deyib.
Alyans rəsmisi bildirib ki, NATO, demokratikləşmə yolunda, qanunun aliliyinin gücləndirilməsi və təhlükəsizlik sektoru islahatlarında, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin qabiliyyətlərinin inkişaf etdirilməsi və hibrid təhdidlərə qarşı reaksiyalarında Kiyevə dəstək verməyə hazırdır: “NATO Ukrayna ilə bir yerdədir. Krım məsələsində Ukraynanı azadlıq mübarizəsini dəstəkləməyə hazır olduğumuzu bir daha təsdiqləyir və yarımadanın geri qaytarılmasını tələb edirik”.
O qeyd edib ki, Ukrayna xalqı azadlıq, demokratiya və Avroatlantik inteqrasiya yolunu seçib.
"Cənab Stoltenberqin bir vaxtlar dediyi kimi, NATO, Ali Radadan əvvəl Ukraynanın tərəfindədir. NATO Krımın Rusiya Federasiyası tərəfindən qanunsuz ilhaq edilməsini ciddi şəkildə pisləyir və bu ilhaqı heç vaxt tanımayacaq. Krım Ukraynanın ərazisidir və biz Rusiyanı yarımadaya nəzarəti Ukraynaya qaytarmağa çağırırıq”.
Alyas liderlərinin iyun sammitində Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə sadiq olduqlarını xatırladan Coane Moskvada “Krım tatarları da daxil olmaqla bütün ukraynalılara qarşı insan haqlarının pozulmasını dayandırmasını” tələb edib.
Coane həmçinin vurğulayıb ki, NATO liderləri son toplantıda Buxarest sammitinin Ukrayna və Gürcüstanın NATO-ya üzv olacağı qərarını təsdiqləyiblər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar