Xəbər lenti
Bu gün, 14:34
Bu gün, 13:37
Bu gün, 12:17
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
“Rusiya qoşunları Ukraynada 3 620 yaşayış məntəqəsini işğal edib. Onlardan 1 017-si artıq azad edilib. Daha 2 603 yaşayış məntəqəsi isə hələ azad edilməlidir”.
“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Lüksemburq parlamentinin deputatları qarşısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna ərazisinin təqribən 20 %-i işğal altındadır: “Demək olar, 125 min kvadrat kilometr. Bu, bütün Benilüks ölkələrinin ümumi ərazisindən xeyli çoxdur”.
Dövlət başçısı həmçinin 300 min kvadrat km ərazinin partlamamış mina və mərmilərlə çirkləndiyini vurğulayıb.
V.Zelenski qeyd edib ki, hazırda Ukraynada cəbhə xətti minlərlə kilometrə çatır:
“Ölkəmizin şərqindəki Xarkovdan cənubda Nikolayevə qədər geniş ərazi üzərində döyüşlər davam edir. Onların arasında 454 kilometr düz xətt var. Amma bütün cəbhə xəttinə nəzər salsanız, bu, əlbəttə ki, heç də düz xətt deyil, bu xətt min kilometrdən uzundur”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar