Xəbər lenti

Rusiya Silahlı Qüvvələri Dnepropetrovsk vilayətində “Kalibr” qanadlı raketləri ilə Ukrayna ordusunun komanda məntəqəsini vurub.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib.

Konaşenkovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin 50-dən çox generalı və zabiti həlak olub.

“Son 24 saat ərzində “Kalibr” yüksək dəqiqlikli uzaqmənzilli dəniz raketləri Dnepropetrovsk vilayətinin Şirokaya Daça kəndi yaxınlığındakı Ukrayna qoşunlarının komanda məntəqəsini vurub”, - Konaşenkov deyib.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, zərbə endirilən vaxt qoşunların əməliyyat-strateji qrupunun komanda heyəti tərəfindən işgüzar görüş keçirilib.



Ana səhifəyə qayıt        Baxış: 3 163          Tarix: 19-06-2022, 18:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma