Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Rusiya ordusunun general-mayoru Ukraynanın Xarkov şəhəri yaxınlığında öldürülüb.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Ordusunun Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Xarkov yaxınlığında gedən döyüşlər zamanı Rusiya Mərkəzi Hərbi Dairəsinin 41-ci ordusunun komandanı, general-mayor, qərargah rəisi, komandanın birinci müavini Vitali Gerasimov məhv edilib. Həmçinin Rusiya ordusunun bir sıra yüksək rütbəli zabitləri məhv edilib və yaralanıb”, - məlumatda deyilir.
Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, Vitali Gerasimov ikinci Çeçenistan müharibəsində və Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında iştirak edib. "Krımın qaytarılmasına görə" medalını alıb.
Qeyd edək ki, martın əvvəllərində Ukrayna Silahlı Qüvvələri Rusiya Silahlı Qüvvələri 41-ci ordu komandanının müavini, 7-ci desant diviziyasının keçmiş komandanı general-mayor Andrey Suxovetskini öldürüb.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar