
Xəbər lenti
Bu gün, 11:21
Bu gün, 11:00
Bu gün, 09:48
Dünən, 23:30
Dünən, 20:30
Dünən, 11:30
23-09-2025, 22:19
23-09-2025, 21:25
23-09-2025, 20:31
23-09-2025, 19:46
23-09-2025, 18:33

Böyük Britaniyanın baş naziri Boris Conson ukraynalı qaçqınların Böyük Britaniyaya qeyri-qanuni girişi halında Ruandaya deportasiya oluna biləcəyini istisna etməyib.
Ovqat.com xəbər verir ki, Böyük Britaniyanın “Guardian” qəzeti bu barədə yazıb.
Məlumata görə, Böyük Britaniya və Ruanda aprelin 13-də miqrasiya sazişi imzalayıblar. Sazişə əsasən, Britaniya hökuməti tərəfindən qeyri-qanuni miqrant və ya sığınacaq axtaran şəxs kimi tanınan köçkünlər Ruandaya deportasiya ediləcək.
Qəzet yazır ki, cümə axşamı günü Conson Ruandanın paytaxtı Kiqalidə olub. Səfər zamanı ondan Britaniyaya qeyri-qanuni yollarla, məsələn, La-Manş boğazını keçərək qayıqla gələn ukraynalıların Ruandaya deportasiya edilib-edilməyəcəyi soruşulub.
“Biz ukraynalılara 130 min viza veririk və onların ən azı iki çox yaxşı giriş marşrutu var. Ancaq ölkəmizə qeyri-qanuni gəlsələr ... qorxuram ki, cavab “bəli”, ola bilər. Amma bu, nəzəri olaraq baş verə biləcək hadisədir”, - deyən Conson əlavə edib ki, bu ssenarini mümkünsüz hesab edir.
Maraqlıdır ki, Böyük Britaniyadan Ruandaya miqrantların ilk göndərilməsi hadisəsi iyunun 14-də axşam baş tutmalı idi. Lakin AİHM-in qərarı ilə uçuş son anda ləğv edildi.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar