Amerika Birləşmiş Ştatlarının “Türkiyə sizə hücum etməz” deyə zəmanət verdiyi terror təşkilatı PKK Afrin hərəkatı öncəsi Türkiyə və Avropada təxribat xarakterli əməliyyatlara hazırlaşır.
Publika.az xəbər verir ki, PKK Afrin, Qamışlı, və Eyn əl-Ərəb (Kobani) bölgələrində terrora dəstək verən 12 dərnəklə toplantılar həyata keçirib. Terror təşkilatı öz üzvlərinə “kəndləri bombalayın və “sivil qətliamları var” deyin. Ancaq bu qətliamları türk əsgərləri edirmiş kimi yayınlayın” təlimatını verib.
Qamışlı toplantısına bəzi avropalı humanitar yardım qurumu təmsilçiləri da qatılıb. Onlar terror təşkilatına yardım edəcəklərini vəd ediblər.
Suriya və Türkiyədə kürdləri küçələrə dağıtmaq planını quran təşkilat Suriya müharibəsində çəkilən foto və videolarla kütlədə ajotaj yaratmağı hədəfləyib.
Paylaş: