Xəbər lenti
27-11-2024, 19:25

Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatı (MİT) casusluq etdiyi aşkarlanan Yunanıstan vətəndaşını saxlayıb.

Bu barədə "Star" qəzeti məlumat yayıb.

Yunanıstan vətəndaşı Mohammed Amar Amparanın sahibkarlıq adı altında Türkiyəyə səfərlər etdiyi, casusluq fəaliyyətini ticarətlə ört-basdır etdiyi vurğulanır. Amparanın məqsədi sərhəddə Yunanıstan kəşfiyyatına Türkiyə Silahlı Qüvvələrinin bölmələri haqqında məlumat ötürmək olub.

Bundan əlavə, o, Türkiyədəki suriyalılar və ölkədə qadağan olunmuş FETÖ-nün tərəfdarları haqqında məlumatlar toplayıb.



Ana səhifəyə qayıt        Baxış: 3 277          Tarix: 26-06-2022, 14:38      

Xəbəri paylaş


Paylaş:   

Prizma