Xəbər lenti
27-11-2024, 19:25

ABŞ Prezidenti Cozef Baydenin may ayında Samsung zavoduna səfərinin əsas məqsədi Cənubi Koreyanı Çin əleyhinə texnologiya ittifaqına cəlb etməyə çalışmaq olub.

Bu barədə “Report” “Business Korea”ya istinadən xəbər verir.

Qeyd olunur ki, ABŞ hakimiyyəti bu ilin mart ayından başqa ölkələri də Çinin texnoloji blokadasına cəlb etmək ideyasını irəli sürür. Nəşrin fikrincə, Tayvan, Yaponiya və Cənubi Koreya alyansa daxil olmalıdır və ABŞ bu assosiasiyanın rəhbəri olacaq.

Cənubi Koreya Baydenin təklifi ilə bağlı yekun qərar verməyib. İddialara görə, ölkə hökuməti alyansa qoşulmağa həvəsli deyil, çünki Koreyanın ən böyük yarımkeçirici şirkətləri “Samsung Electronics” və “SK Hynix” ixrac gəlirlərinin əsas hissəsini Çindən alırlar.




Ana səhifəyə qayıt        Baxış: 3 279          Tarix: 17-07-2022, 16:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma