Xəbər lenti
27-11-2024, 19:25

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Oleksiy Arestoviç İranın Rusiyaya 46 ədəd pilotsuz uçuş aparatı ötürdüyünü təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi “Feygin Live”ın efirində bildirib.

“Bəzi məlumatlara görə, onların tətbiqi artıq qeydə alınıb. İranın PUA-ları köhnə nəsil, əldəqayırma maşınlardır. Lakin onlar tapşırığın müəyyən hissəsini yerinə yetirməyə qadirdir. Çünki bu müharibədə hətta uşaq kvadrokopterləri də tapşırıq yerinə yetirə bilər”, - O.Arestoviç vurğulayıb.

Onun sözlərinə görə, dronlardan istifadənin effektivliyi operatorların bacarıq və təcrübəsindən asılıdır.




Ana səhifəyə qayıt        Baxış: 3 038          Tarix: 5-08-2022, 14:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma