Xəbər lenti
27-11-2024, 19:25

Tayvan Müdafiə Nazirliyi dünən gün ərzində adanın ətrafında Çinə məxsus 17 döyüş təyyarəsi və 6 döyüş gəmisinin göründüyünü açıqlayıb.

Publika.az xəbər verir ki, nazirlikdən verilən açıqlamada, təyyarələrdən 7-nin Tayvan boğazında tərəflərin təsir zonalarını məhdudlaşdırması hesab edilən hava və dəniz xəttinin şərqinə və cənub-qərb hissəsinə uçduğu bildirilib.

Tayvan sözügedən ərazini Hava Hücumundan Müdafiə Müəyyənetmə Zonası elan edib.

Çin hava və dəniz vasitələrinin elektron izləmə vasitələri, patrul təyyarələri, gəmilər və yer raket sistemləri ilə izləndiyi bildirilib.

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ayın əvvəlindəki səfərindən sonra Çinin Tayvan boğazında nominal orta xətti keçən uçuşları və gəmi patrullarını nizama saldığı müşahidə edilir.




Ana səhifəyə qayıt        Baxış: 3 288          Tarix: 21-08-2022, 12:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma