Xəbər lenti
27-11-2024, 19:25

Rusiya hərbçiləri Ukraynanın Dnepropetrovsk vilayətinə zərbə endirib.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Rusiya hərbçiləri vilayətin Çaplino qəsəbəsinin dəmir yolu vağzalına raket zərbəsi endiriblər. Zərbə nəticəsində 15 nəfər ölüb, 50 nəfər yaralanıb.

Məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiqləyib.

"Mən bu müraciəti etməyə hazırlaşarkən məlumat aldım ki, Rusiya Dnepropetrovsk vilayətinə, dəmiryol vağzalına, Çaplino stansiyasındakı vaqonlara raket hücumu təşkil edib - hazırda dörd sərnişin vaqonu yanır. Hazırda azı 15 nəfər ölüb, 50-yə yaxın insan yaralanıb. Xilasedicilər işləyir. Amma təəssüf ki, ölənlərin sayı hələ də arta bilər”, - deyə Zelenski vurğulayıb.

O əlavə edib ki, “Rusiya BMT Təhlükəsizlik Şurasının bu iclasına belə hazırlaşıb”.

Xatırladaq ki, Zelenski Müstəqillik Günündə Rusiyanın mümkün ağır zərbələri ilə bağlı dünən ölkə vətəndaşlarına xəbərdarlıq etmişdi. “Ukraynalılara ölkənin Müstəqillik Günündə təhlükəsizlik qaydalarına riayət etmək və hava hücumu siqnallarına etinasız yanaşmamaq tövsiyə olunur, çünki Rusiya işğalçıları sərt hücumlara əl ata bilər. Sabah (bu gün-red) hamımız üçün vacib gündür. Və buna görə də bu gün təəssüf ki, düşmənimiz üçün də vacibdir. Biz bilməliyik ki, sabah Rusiyanın iyrənc təxribatları və qəddar zərbələri mümkündür", - dövlət başçısı deyib.




Ana səhifəyə qayıt        Baxış: 3 306          Tarix: 24-08-2022, 22:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma