Xəbər lenti
27-11-2024, 19:25


 

Dünən səhər saatlarında Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Rusiya səfirliyinin konsulluq xidmətinin önünə edilən kamikadze hücumu nəticəsində azı 8 nəfər həlak olub, 15-dən çoxu yaralanıb. Ölənlərdən 2-i Rusiya səfirliyinin əməkdaşıdır. 

 

Terror hücumunun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməsə də, baş şübhəli “İslam Dövləti Xorasan Vilayəti” qruplaşmasıdır.

 

Cari ilin əvvəllərindən Əfqanıstanla yanaşı, Mərkəzi Asiyada da xeyli fəallıq göstərən “Xorasan Vilayəti” paylaşdığı son videolarda Rusiyanı açıq-aşkar təhdid edirdi. Aydındır ki, Xorasançılar Rusiyanın əsas diqqətini Ukrayna cəbhəsinə cəmləşdirməsini Mərkəzi Asiyadakı dayaqlarını gücləndirmək fürsəti olaraq görürlər

 

Digər tərəfdən, son həftələrdə Taliban rəsmilərinin yanacaq və taxıl alınması üçün Rusiya ilə danışıqlar apardığı məlum idi. Belə olduqda, bugünkü hücumun Rusiya-Taliban əlaqələrini hədəf aldığı barizdir. 

 

Son hücum bir və bir neçə mesaj xarakteri daşıya bilər. Əslində hadisəyə sırf İŞİD çərçivəsindən baxdıqda Suriyada illərdir Rusiya ilə münaqişədə olan İŞİD-in daha əvvəlki periodlarda Xorasan bölgəsində də Rusiyaya qarşı açıq hücumlar təşkil etməsi gözlənilən idi. Hadisələrin inkişafı isə Rusiyanın Əfqanıstanda möhkəmlənməsini istəməyən və Mərkəzi Asiyada statuskvonun dəyişməsində maraqlı olan xarici qüvvələrin aktiv şəkildə bu istiqamətdə hərəkət etməyə başlaması ehtimalını da istisna etmir.

 

“Şərqə Baxış” Analitik Mərkəzi

 




Ana səhifəyə qayıt        Baxış: 5 993          Tarix: 6-09-2022, 05:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma