Xəbər lenti
27-11-2024, 19:25


Albaniya İranla diplomatik münasibətlərini kəsdiyini bəyan edib və bu ölkənin diplomatlarına 24 saat ərzində Tirananı tərk etməyə vaxt verib. Bu barədə Albaniya prezidenti Edi Rama açıqlama verib.

 

Belə ki, İran təkcə Yaxın Şərqdə, Qafqazda deyil, hətta Avropada da kibercinayətkarlıqla məşgul olub. İran bir müddətdir ki, öz xakerləri vasitəsi ilə Albaniyanın dövlət sektoruna, müxtəlif təşkilatların internet sisteminə kiberhücumlar təşkil edirdi. Edin Rama da açıqlamasında deyir ki, iranlı xakerlərin kiberhücumların ölkənin təhlükəsizliyinə təhdid təşkil edir.

 

Yeri gəlmişkən, 2014-cü ildən İran və Albaniya arasında münasibətlər soyuqdur. Bunun da əsas səbəbi İranda rejimə müxalif olan "Xalq Mücahidləri" təşkilatının Albaniyanın Durres limanı ərazisində məskunlaşmasıdır. Adı çəkilən təşkilat İran İslam Respublikassındakı teokratik rejimə müxalifdir və dünyanın müxtəlif ölkələrində mübarizə aparır. İranın xüsusi xidmət orqanları 2014-cü ildən Almaniyadakı müxalif iranlılara qarşı hücumlar təşkil etməkdədir.

 

Onu da vurgulayım ki, İran Balkan yarımadasında müxtəlif xeyriyyə təşkilatları adıyla özünün casus şəbəkəsinin fəaliyyətini təşkil edir. Təsəvvür edin ki, əgər İran bu qədər iqtisadi sanksiyalara rəgmən, Cənubi Avropada, NATO üzvü Albaniyada müxalif iranlılara qarşı özünün casus şəbəkəsini indiyəcən aktiv saxlaya bilibsə, Azərbaycanda bu, rejim üçün daha asandır. 

 

Təbii ki, rejimin Albaniyadakı kiberhücumlarını aşkar edən ABŞ-dır.Uzun illərdir amerikalı mütəxəsuslər İrana yaxın xaker qruplarının fəaliyyətini izləyiblər.

Baxmayaraq ki, İrandakı rejim öz geopolitik hədəflərini Yaxın Şərqdə, Qafqazda, Mərkəzi Asiyada oldugunu bəyan edir, ancaq göründüyü kimi, Tehran Avropada da öz geosiyasi maraqları naminə casuslarından, xakerlərindən istifadə edir. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, Azərbaycandakı İran şəbəkəsinə qarşı daha diqqətli, həssas olmalıyıq. Nəzərə almalıyıq ki, Avropaya açılmış bu şiə rejimi Azərbaycan kimi ölkələrdə hər addıma əl ata bilər. İranın Azərbaycandakı mövcudiyyəti təkcə özünə yaxın din xadimlərindən ibarət deyil, o cümlədən media gücü də var.

 

Kamal Əliyev,

politoloq






Ana səhifəyə qayıt        Baxış: 5 841          Tarix: 7-09-2022, 20:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma