Xəbər lenti
27-11-2024, 19:25

Ukraynanın Qazaxıstandakı səfiri Petro Vrublevski Qazaxıstanı tərk edərək Polşanın paytaxtı Varşavaya gedib.

“Report” xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.

Bildirilib ki, səfirin ölkəni tərk etməsinə səbəb rəsmi Nur-Sultanın tələbi olub.

Qeyd edək ki, Petro Vrublevski ətrafında qalmaqal avqustda müsahibədən sonra Ukraynadakı müharibəyə münasibət bildirmək istəndikdən sonra yaranıb. Diplomat belə cavab verdi: “Biz indi rusları nə qədər çox öldürsək, uşaqlarımız bir o qədər az öldürməli olacaq”. Bu bəyanatı Qazaxıstan Xalqları Assambleyası Şurası pisləyib. Qazaxıstanın Rus, Slavyan və Kazak Təşkilatları Assosiasiyası səfiri persona non-qrata elan etməyə çağırıb. Hadisədən sonra P.Vrublevski Xarici İşlər Nazirliyinə çağırılıb.




Ana səhifəyə qayıt        Baxış: 3 052          Tarix: 8-09-2022, 17:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma