Xəbər lenti
Dünən, 23:09
Dünən, 22:16
Dünən, 20:13
Dünən, 18:25
Dünən, 17:22
Dünən, 14:10
Dünən, 12:14
Dünən, 10:57
9-12-2024, 23:30
9-12-2024, 21:49
9-12-2024, 21:00
9-12-2024, 20:00
9-12-2024, 19:00
Xəbər verdiyimiz kimi, Qazaxıstanın prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəldi. Onu da qeyd etmişdik ki, səfər çərçivəsində Qazaxıstan lideri ilə Azərbaycan prezidenti İlham Əliyev arasında təhlükəsizlik, iqtisadiyyat, tranzit və regional siyasət sferalarında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Moderator.az olaraq Qazaxıstana, daha doğrusu Qazaxıstan iqtisadiyyatina virtual olaraq səyahət etmək qərarına gəldik. Bu məqsədlə tanınmış iqtisadçı alim, professor, sabiq maliyyə naziri Saleh Məmmədovla həmsöhbət olduq.
Müsahibimiz ilk olaraq Qazaxıstanın 25 il bundan öncəki, yəni keçmiş SSRİ dağılan ərəfədəki iqtisadi durumu ilə bağlı sualımızı cavablandırdı:
- Qazagıstan böyük dövlətdir, ərazi etibarı ilə dünyanın 9-cu ölkəsdi (2,72 Milton kv km). Və ya bir Qazağıstanın ərazisi bütün digər müstəqil Türk Cümhuriyyetlerinin hamısının toplam ərazisindən xeyli çoxdur. Əhali üzrə -18 milyonla Türk Cümhiriyyetlərinin 3-cüsüdü. SSRİ dağılan zaman Qazaxıstanın iqtisadi-siyasi durumu digər Sovet respublikaları və Türk cumhuriyyətlərindən xeyli mürəkkəb idi və ümid çox az idi ki, bu ölkə gələcəyə doğru normal vəziyyətdə gedə biləcək. Çünki Qazaxıstanın o vaxt bütün resursları xeyli azalmışdı, sərf olunmuşdu, sənayesi tamamilə başqa respublikaların tələbəatı üçün qurulmuşdu. Ən mühümü isə Qazaxıstanda yerli əhalinin xüsusi çəkisi, quruluş tərkibi qazaxların xeyrinə deyildi. 1979-cu ildə əhalinin siyahıya alınmasına görə, Qazaxıstanda qazaxların xüsusi çəkisi cəmi 36 faiz idi. 1989-cu ildə vəziyyət bir qədər yaxşılaşaraq 37-39 faizə qalxmışdı. Ölkə əhalinin əksəriyyəti başqa millətlərdən ibarət idi və bu da Qazaxıstana sərbəst milli siyasət həyata keçirməyə imkan vermirdi. Çox təhlükəli vəziyyət hökm sürürdü, hər an qarışıqlıq sala bilərdilər.
Qazaxıstanda vəziyyətin pis olması həm də onunla əlaqədar idi ki, keçmiş SSRİ-nin əsas nüvə potensialı da Qazaxıstanda cəmləşdirilmişdi. Həm uran istehsalı, həm zənginləşdirilməsi, həm kosmosa uçuş və s. çox gərgin vəziyyət əmələ gətirmişdi.
- Həmin dövrdə ən şanslı ölkələr hansılar hesab olunurdu?
- O zaman mənim “Türk cumhuriyyətlərinin Post Sovet dövründə iqtisadi inkişaf persperktivləri” mövzusunda tədqiqat işim var idi. Mövzunu Türkiyədə böyük bir kollektivlə təhlil etmişdik və orada yüksək inkişaf üçün ən az şansı olan ölkə Qazaxıstan idi. Ən yaxşı şansi olan ölkələr isə Türkiyə, Azərbacan idi. Biz planlaşdırmışdıq ki, gələcəkdə ən qənaətbəxş iqtisadi inkişaf üsullarından, istiqamətlərindən istifadə edərək Türkiyədə bütün geridəqalmış müsəlman ölkələri üçün bir model hazırlamaq və tətbiq etmək lazımdır. Bu modeldən istifadə etməklə geridə qalmış islam ölkələrinin iqtisadiyyatını inkişaf etdirmək olardı. Buna birinci namizəd Türkiyə idi, çünki Türkiyədə artıq az-çox demokratiya qurulmuşdu. Həm də o vaxt Türkiyənin iqtisadiyyatı çox güclü inkişaf edirdi. O dövrdə Qazaxıstanla Türkiyənin iqtisadi inkişaf fərqi təqribən 1-in 5-ə idi. Adambaşına düşən milli gəlirə, digər göstəricilərə, demokratiyanın, iqtisadiyyatın və s. inkişafına görə Türkiyə Qazaxıstandan 5 dəfə irəlidə idi.
- O vaxtdan 25 il keçib və bu gün də Qazaxıstan prezidenti Nazarbayev Azərbaycana gəldi. Hazırda Qazaxıstanda mövcud iqtisadi-siyasi vəziyyətinə görə hansı səviyyədədir?
- Bu gün Qazaxıstanın çox uğurlu nəticə çıxarmaq üçün çox gözəl inkişaf istiqamətləri var. Xüsusilə də son illərdə Qazaxıstan həddindən artıq sürətlə islahatlar həyata keçirməyə başladı. Əksər göstəricilərə görə Qazaxıstan bu gün nəinki keçmiş SSRİ respublikaları, nəinki ancaq Türk cumhuriyyətləri içərisində, bütövlükdə İslam dünyası içərisində birinci yerdə dayanır. Bu da əlbəttə ki, ağıllı siyasətin nəticəsidir. O qədər incə, düzgün siyasət yeridildi ki, heç kim, heç bir ölkə, Rusiya belə Qazaxıstana müdaxilə edə bilmədi. Qazaxıstanda nə müharibə var, nə çəkişmə var, nə milli münaqişə var. Bütün xalqların eyni qaydada, eyni səviyyədə hüquqları təmin olunur. Azərbaycandan, Türkiyədən fərqli olaraq bütün ölkələrlə də eyni qaydada dostluq münasibətləri yaradılıb və bu dostluq münasibətlərindən də ölkənin iqtisadi inkişafı üçün məharətlə istifadə olunur.
- Mümkünsə, dünya göstəriciləri içərisində Qazaxıstanın yeri ilə bağlı bir neçə göstəriciləri sadalayardınız?
- Belə göstəricilər kifayət qədərdir. Məsələn, adambaşına düşən milli gəlirin səviyyəsinə görə bu gün Qazaxıstan Türk cumhuriyyətləri içərisində birinci yerdədir. MDB ölkələrini, hətta Rusiyanı belə qabaqlayaraq birinci yerə yüksəlib. Müsəlman ölkələri içərisində isə Qazaxıstanı üstələyə bilən cəmi 3-4 ölkə var. Dünya miqyasında isə 60-cı yerə qalxıb. Halbuki 1990-cı ildə bu səviyyəyə görə ən geridə qalmış ölkələrdən biri idi.
Qazaxıstanın bu qədər inkişaf etməsinə səbəb təhsilə çox böyük yer verilməsidir. Təhsilin təşkili səviyyəsi indeksinə görə Qazaxıstan dünya ölkələri içərisində 37-ci yerə gəlib çatıb, amma müsəlman ölkələri içərisində liderdi. Müqayisə üçün deyək ki, Azərbaycan bu sırada 69-cu, Türkiyə 93-cü yerdədir. Hazırda bizdə də, Türkiyədə də dəb düşüb ki, nəhəng məscidlər, camilər yaratsınlar. Qazaxıstanda isə bu tam tərsinə gedir, əsas məbləğlər məscidlərin yox, universitetlərin, akademiyaların, elm-təhsil ocaqlarının açılmasına yönəldilib. Məsələn, dünyaya səs salası Nazarbayev Universiteti açılıb.
Qazaxıstanın yüksək inkişafına ciddi təsir edən amillərdən biri də iqtisadi sərbəstlikdir. İqtisadi sərbəstlik indeksinə görə Qazaxıstan 68-cü yerdədir. Türkiyə cumhuriyyətləri içərisində birinci yeri tutur. Müsəlman ölkələri içərisində isə yalnız Birləşmiş Ərəb Əmirliklərindən geri qalır.
- Son dövrdə Qazaxıstanda ciddi biznesə çox böyük önəm verilir. Yaxın gələcəkdə Qazaxıstanın dünyanın iqtisadi inkişaf etmiş ölkələri (İEÖ) səviyyəsinə qalxması üçün gözəl baza yaradılıb. Bu barədə nələr deyə bilərsiniz?
- Dünya Bankının biznesə şərait üzrə Doing business indeksinə fikir versək görərik ki, ilk yerləri tutan ölkələrin hamısı inkişaf etmiş ölkələrdir. Məsələn, Sinqapur, Cənubi Koreya, Honkonq, İsveçrə, İngiltərə, Amerika həmin siyahıda yuxarı yerləri tutuan ölkələrdəndir. Qazaxıstan bir ilin ərzində bu siyahıda 51-ci yerdən 35-ci yerə qalxdı. Bu istiqamətdə islahatlar hazırda da sürətlə davam edir. Bu iqtisadi artım üçün çox ciddi bir mövqedir.
Yadınızdadırsa, mən Azərbaycanda da bu göstəricini yaxşılaşdırmaq məsələsi ilə bağlı dəfələrlə çıxış etmişəm. Hazır layihələr verdim, mətbuatda dərc olundu. Həmin prosesləri Qazaxıstan çox yaxşı formada həyata keçirir. Bu da xarici ölkələrdən Qazaxıstana böyük investisiya axınına səbəb olur. Digər tərəfdən də xarici və daxili investorların hüquqlarının qorunması sahəsində isə Qazaxıstan dünyanın 3 ölkəsindən birinə çevrilib. Sinqapur, Honkonq və Qazaxıstan. Bu məsələlər o qədər dəqiqliklə həll olunub ki, Qazaxıstan dünya ölkələri içərisində ən yaxşı mövqedədir. 3 ölkədən biri olmaq o deməkdir ki, biznesin inkişafı üçün hər cür şərait yaradılıb və investorların qorunması üçün hər cür zəmanət verilir. Qazaxıstanda bizdəki kimi investorların əmlaklarının yağmalanması, dağıdılması qətiyyən mümkün olan iş deyil. Ona görə də hər yerdən Qazaxıstana böyük miqdarda kapital axını gəlir və gələcəkdi.
- Belə davam edərsə, yəqin ki, Qazaxıstanın İEÖ sırasına daxil olması çox çəkməyəcək?
- Dünya iqtisadiyyatındakı bugünkü gərgin vəziyyətə baxmayaraq Qazaxıstan dünya ölkələri içərisində mühüm yerlərdən birini tutur. Ancaq bununla da kifayətlənmirlər. Yaxın gələcəkdə çox böyük islahatlar həyata keçiriləcək. Hörmətli prezident Nazarabayev üçüncü yeniləmə, modernizasiya proqramı elan etdi. Həm parlamentdə, həm hökumətdə, həm də Prezident Aparatında bu istiqamətdə ciddi və böyük işlər gedir. . Zənn edirəm ki, yaxın gələcəkdə Qazaxıstan əksər göstəricilərə görə birinci onluğa düşə biləcək. Birinci onluğa gəlib çıxması isə bu ölkənin artıq dünyanın İEÖ sırasına daxil olmasıdır.
Azərbaycandan və Türkiydən fərqli olaraq Qazaxıstanda modernizasiya proqramı prezidentin əksər səlahiyyətlərinin bölünməsinə yönəlib. Bu da çox ağıllı, məntiqli bir siyasi prosedir. Prezidentin lazım olmayan funksiyaları üzərinə götürməsi bəri başdan zəmanət verir ki, president əsas funksiyaları ilə məşğul ola bilməyəcək. Çünki bu qədər işi bir adam görə bilməz və bu, ölkənin iqtisadiyyatına böyük zərbə vurar. Qazaxıstanda bu proses çox gözəl tənzimlənib. Prezidentin bir çox səlahiyyətləri digər qurumlara digər dövlət sturukturlarına verilir.
Qazaxıstan bu minvalla iqtisadi sistemdə çox böyük dəyişikliklər edəcək. 1992-ci ildə biz hakimiyyətə gələn kimi bir çox sahədə islahatlara başladıq, ilk növbədə vergilərin aşağa salınmasına qərar verdik. Bizdən sonra bütün Sovet ölkələri, o cümlədən də Qazaxıstan vergi dərəcəsini (ƏDV) 28-dən aşağı saldılar. Qazaxıstan bu gün əlavə dəyər vergi dərəcəsini daha da aşağı salaraq 12 faizə gətirib çıxarıb. Bu rəqəm də iqtisadi inkişaf üçün çox böyük imkandır və iqtisadiyyatın inkişafına çox böyük təsir edir. Qazaxıstan mənfəət vergisini də azaldaraq 15 faizə salıb. Həmçinin sosial sığorta, əmlak vergiləri, pensiya fonduna ayırmalar da minimum endirilib. Vegilərin məbləği və ödənməsi elə bir nizama saınıb ki, nə bu heç bir iş adamını qorxutmur, nə də kiminsə vergi ödəməsində çətinlik yaratmır.
- Qazaxıstanın 25 ildə bu qədər böyük uğur qazanmasının, belə desək, yoxdan var olunmuş daha hansı göstəricilərini qeyd edə bilərsiniz?
- Qazaxıstanda əhalinin tərkibi çox gözəl şəkildə tənzimlənib. Bütün millətlərin hüquqlarının qorunması şərti ilə qazaxların xüsusi çəkisinin 36-faizdən 63-I faizə çatdırıblar. Bununla da milli təhlükəsizliyin möhkəm təminatı yaradılıb. . Bununla yanaşı Qazaxıstanda şəhərsalma işi də çox yüksək səviyyədə təşkil olunub. 25 ildə Türk cumhuriyyətlərinin heç birində bircə dənə olsun şəhər salınmayıb. Amma Qazaxıstanda Astana kimi böyük, nəhəng, gözəl şəhər salındı və paytaxt elan olundu. Daha sonra Çinin sərhəddində yeni şəhər salınır. . Yeni şəhərlərin salınması da ölkənin tərəqqisinin göstəricisini ifadə edir. Ölkələrin tarixi hər zaman şəhərsalma ilə müəyyən olunmuşdur.
Qazaxıstanın digər bir üstünlüyü Gömrük ittifaqına girməsidir. Hamıya məlumdur ki, Qazaxıstan bu ittifaqa girməsəydi məlum səbəblər üzndən çox çox ciddi problemlərlə üzləşəcəkdi. Amma Qazaxıstan həmin prosesdən elə gözəl istifadə etdi ki, bu gün o ölkələr içərsində dünya miqyasında ən başda gedən ölkə kimi qeyd olunur və qiymətləndirilir. Bu gün əksər ölkələr, iş adamları Qazaxıstan vasitəsilə digər ittifaq üzvlərinin bazarlarına girirlər.
- Azərbaycanın xarici siyasəti ilə Qazaxıstanın xarici siyasətini necə müqayisə edərdiniz? Hansı ölkənin siyasətçiləri dünyadakı mövcud siyasi vəziyətə görə daha ağıllı davranır?
- Amerikanın çox məşhur bir politoloqu var, o vaxt ona bir sual verdim ki, niyə bizim siyasətçilər sizin siyasətçilərlə müqayisədə yüksək müvəffəqiyyətlər əldə edə bilmirlər? O, ikinci dərəcəli səbələri də sadaladı, ancaq əsas səbəb olaraq qeyd etdi ki, sizin siyasətçilər emosiya ilə hərəkət edir. Bizim siyasətçilər isə nəticəyə görə soyuq başla hərəkət edirlər. Bu gün başda hörmətli president Nazarbayev olmaq şərtilə Qazaxıstan siyasətçiləri həm Qərb, həm də Şərq siyasətçisinə də xas olan xüsusiyyətləri özlərində cəmləşdiriblər və bu prinsiplə də hərəkət edirlər. Qazaxıstanda bir siyasətçi də olmayıb ki, qalxıb Amerikaya, Almaniyaya, Hollandiyaya “sizdə demokratiya yoxdur” - deyə barmaq silkələsin və ya ABŞ rəhbərlərinə ölkələrinə gəlməsinə viza qadağası qoysun. . Qazaxıstan siyasətçiləri o qədər incə siyasət yeridirlər ki, dünyanın bu qədər ölkələri sırasında bir nəfər deyə bilməz ki, Qazaxıstan siyasətçilərindən narazıyıq, bütün ölkələrlə sırf dostluq münasibətləri qurublar. Əslində də siyasətçinin əsas vəzifəsi odur ki, düşmən yox, dost qazansın.
Mənim Azərbaycana, eləcə də bütün Türk Cumhuriyyətlərinə məsləhətim odur ki, Qazaxıstanın bu gözəl siyasətindən təcrübə kimi bəhrələnsinlər. O zaman çox şey qazanmış olarlar. Və bütövlükdə Qazağıstan modeli əsrlər boyu geridə qalmış İslam dünyasının qalxınması üçün nümunə olaraq istifadə oluna bilərdi və bununla real olaraq problemin aradan qaldırılmasına qapı açardı.
Rumiyyə MİRASLAN
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar