Xəbər lenti
27-11-2024, 19:25

ABŞ Prezidenti Co Bayden xəbərdarlıq edib ki, Ukraynada kimyəvi və ya taktiki nüvə silahlarından istifadə edildiyi halda Rusiya beynəlxalq nəticələrlə üzləşəcək.

Bu barədə o, CBS telekanalına verdiyi müsahibədə bildirib.

Jurnalist Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi halda hansı nəticələrlə üzləşəcəyini, ABŞ-ın hansı reaksiya verəcəyini soruşub.

“Siz elə düşünürsünüz ki, bunun necə olacağını dəqiq bilsəm, sizə deyərdim? Təbii ki, sizə deməyəcəyəm. Bunun nəticələri olacaq. Onlar indiyədək olmadığı qədər təklənəcəklər. Bizim cavabımız onların hərəkətlərinin miqyasına əsasən olacaq”, - deyə Ağ Evin rəhbəri müvafiq suala cavab olaraq bildirib.

oxu.az 




Ana səhifəyə qayıt        Baxış: 2 939          Tarix: 17-09-2022, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma