Rusiyadan çıxışda kilometrlərlə tıxacın yarandığı Pskov vilayətində keçid məntəqələrində mobil hərbi komissarlıqlar yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə vilayətin qubernatoru Mixail Vedyornikov özünün “Telegram” kanalında xəbər verib.
Onun sözlərinə görə, sərhədlərə insan axını çox böyükdür.
“Gedənlər arasında çoxlu Ukrayna vətəndaşı var, lakin çağırış yaşında olan Rusiya vətəndaşları da az deyil”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Rusiyanın Pskov bölgəsi Estoniya və Latviya ilə həmsərhəddir.
Bundan əvvəl Latviya hökuməti Rusiyada elan edilən səfərbərliklə bağlı Pskov vilayəti ilə həmsərhəd rayonlarda fövqəladə vəziyyət rejimi tətbiq edib.
Xatırladaq ki, Rusiya Gürcüstan və Qazaxıstanla sərhəddə də müvəqqəti qismən səfərbərlik məntəqələri yaradıb.
Paylaş: