Xəbər lenti
Dünən, 19:25

“Tacikistan və Qırğızıstan liderləri ilə görüş konstruktiv keçib, sərhəddə münaqişənin yenidən başlanmasına qarşı tədbirlər görüləcək”.

Bunu Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

V.Putin bəyan edib ki, Rusiya Qırğızıstan və Tacikistanın sərhəddəki nizamlanma ilə bağlı təkliflərini qiymətləndirəcək və Kreml Moskvada saxlanılan xəritələri öyrənəcək.

Rusiya lideri Kreml ilə Kiyev arasındakı əsir mübadiləsinə də toxunub.

O qeyd edib ki, Ukraynada əsirlərin dəyişdirilməsi ilə bağlı işlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan şəxsi təşəbbüs göstərib və buna görə də Rusiya ona minnətdardır. 

“Ərdoğan həmçinin Ukrayna taxılının axınını elə strukturlaşdırmağı təklif etdi ki, məhsul ilk növbədə kasıb ölkələrə getsin”, - deyə Rusiya prezidenti vurğulayıb.

Rusiya Prezidenti bəyan edib ki, artıq ölkədə qismən səfərbərlik başa çatır.

O, indiyə kimi 222 min nəfərin qismən səfərbərliyə cəlb olunduğunu qeyd edib: “İki həftə ərzində bütün səfərbərlik tədbirləri başa çatacaq”.

Rusiya Prezidenti Vladimir Putin Qazaxıstana səfərinin yekunlarına dair mətbuat konfransının davamında qeyd edib ki, o, hələlik G20 ölkələrinin İndoneziyada keçiriləcək sammitində iştirakla bağlı qərar verməyib və ABŞ Prezidenti Co Baydenlə danışıqlara da ehtiyac görmür.

oxu.az




Ana səhifəyə qayıt        Baxış: 2 850          Tarix: 14-10-2022, 18:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma