Xəbər lenti

Əfqanıstanın hakim “Taliban” hərəkatının nümayəndələri ilə İran sərhədçiləri arasında atışma olub.

Azpost.info xəbər verir ki, insident Əfqanıstanın Zaranc şəhəri yaxınlığındakı “Abrişem” körpüsündə baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, iranlılar onların dayanmaq tələbinə cavab verməyən və qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan iki yük maşınına atəş açıblar. Cavab olaraq taliblər də iranlı sərhədçilərə atəş açıblar. Bir saatdan çox davam edən atışmadan sonra tərəflər danışıqlara başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: 18-10-2022, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma