Xəbər lenti

 

Stenfordsk Universitetinin (ABŞ) alimləri Bikini (Marşall adaları) mərcan adasının kraterində yaşayan dəniz varlıqlarını aşkar ediblər.

Ovqat.com xarici mediaya istinadən xəbər verir ki, tapıntı alimlər tərəfindən təəccüblə qarşılanıb.

Məsələ ondadır ki, ABŞ burada 70 il əvvəl nüvə sınaqları keçirirdi. Xüsusi halda, mərcan adası ərazisində 1946-1958-ci illərdə 23 atom bombası sınaqdan keçirilib. 1950-ci illərdən sonra bura “nüvə səhrası” adlandırılırdı.

Universitetin professoru Stiv Palumbinin sözlərinə görə, aşkarlanan bütün varlıqlar sağlam görünürlər. Lakin buna baxmayaraq, alim xəbərdarlıq edib ki, Bikini mərcan adası insanların həyatı üçün hələlik yararsızdır.

Ömər /Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 636          Tarix: 17-07-2017, 23:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma