Xəbər lenti

“Qərbi Avropa taktik nüvə silahının arsenalını azaldanda, Rusiya onun müasirləşməsi ilə məşğul olurdu”.

Publika.az xəbər verir ki, bu haqda İsveş Müdafiə Tədqiqatları İnstitutunun məruzəsinə istinadən “Dagens Nyheter” nəşri yazıb.

“Bu, onu göstərə bilər ki, Moskva lokal nüvə müharibəsində qələbəyə böyük şansların olduğuna özünü inandırıb. Gələcəkdə nüvə silahı Avropanın təhlükəsizlik siyasətində daha əhəmiyyətli rol oynamağa başlayacaq. Qərbi Avropa arsenalındakı bu silahı azaldanda, Rusiya isə yeni taktik nüvə silahları yaradır və müasirləşdirirdi. Prezident Putin, həmçinin başqa Rusiya məmurları Qərbi dəfələrlə nüvə silahının tətbiqi ilə hədələyiblər. 2014-cü ildə Krımın zəbtindən sonra Putin bildirdi ki, əks-təsir halında nüvə güclərini döyüş hazırlığı vəziyyətinə çıxarmağa hazır idi. Rusiya ona inandırmağa çalışır ki, məhdudlaşdırılmış nüvə müharibəsində qələbə qazanmaq olar”, - məruzənin müəlliflərindən biri olan Niklas Qranxolm qeyd edib.

Məruzəyə görə, çoxları Qərbi Avropada nüvə silahını “köhnəlmiş” hesab edirdilər: “Hətta 1990-cı illərdə bəziləri nüvə silahını silah arsenalından çıxarmaqdan danışırdılar. Sovet İttifaqının dağılmasından sonra Rusiya da həmçinin nüvə döyüş başlıqlarının miqdarını azaltdı. Ancaq Rusiyada bir az əvvəl nüvə silahı yenidən əsas rollardan birini oynamağa başladı. Həm kiçik, həm də orta hərəkət radiuslu sistemlərdən söhbət gedir. Rusiya taktik nüvə silahını müasirləşdirir və bəzi köhnə sistemlər yeniləri ilə əvəz edilib. 2012-ci ildən döyüş növbəsində olan taktik döyüş başlıqlarının miqdarı 30 faiz artıb”.

Qeyd edilir ki, son illər Rusiya nüvə hücumunun simulyasiyası ilə adi silahın tətbiqiylə təlimlər keçirir.

“Rəsmi bəyanatlarla təlimlərdən məcmu halda aydın olur ki, taktik nüvə silahı Rusiyanın real nüvə doktrinası çərçivəsində döyüş rolunu oynayır. Belə ritorika göstərir ki, Putin hökuməti yalnız nüvə silahı ilə hədələmir, həm də real münaqişədə onu tətbiq edə bilər. Bundan başqa, ABŞ-ın “soyuq müharibə” dövrü ilə müqayisədə Avropadakı taktik nüvə silahının miqdarını 90 faiz azaltması buna imkan yaradır. Böyük Britaniya silahın bu tipinə heç malik deyil”, - məruzədə bildirilir.

İdarənin sənədində həmçinin qeyd edilir ki, İsveçdə nüvə zərbəsindən əhalinin müdafiəsi üzrə plan yoxdur, çünki 1990-cı illərdə ümumi müdafiə sistemi faktiki olaraq sökülüb.

“Vəziyyət kifayət qədər qeyri-stabildir. İsveç müqavimət qabiliyyətini artırmalıdır. Əks halda o açıq münaqişə vaxtı nüvə şantajı və ya nüvə hücumu üçün cəlbedici hədəf olmaq təhlükəsi qarşısındadır”, - Niklas Qranxolm yekunlaşdırıb.

 




Ana səhifəyə qayıt        Baxış: 936          Tarix: 15-06-2017, 14:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma