Xəbər lenti
Dünən, 19:25


“Rusiya Prezidenti Vladimir Putin rəqabətədavamlı hərbi sənayeyə çağırışları ilə Rusiyadakı [qırıq] təchizat zəncirləri və hərbi sənaye bazasının problemləri şəklində reallıqdan uzaqdır”.

Ovqat.com "Report"a istinadən  xəbər verir ki, bu qənaətə ABŞ mərkəzli Müharibə Araşdırmaları (MAİ) İnstitutu gəlib.

Bildirilib ki, Putin Rusiya Silahlı Qüvvələrinin Təchizatı üzrə yeni yaradılmış Koordinasiya Komitəsinin iclasında silah, hərbi texnikanın “istehsalçıları və tərtibatçıları arasında aktiv rəqabətə” çağırıb.

MAİ bu münasibətlə xatırladır ki, Rusiya İrandan pilotsuz uçuş aparatları və ehtimal ki, ballistik raketlər alır, həmçinin ABŞ kəşfiyyatının məlumatına görə, Şimali Koreyadan artilleriya mərmiləri alıb (hər üç ölkə belə bir şeyin olmadığını iddia edir):

“Rusiyanın kritik silahlara görə təcrid olunmuş və ağır sanksiyalar altında olan ölkələrdən asılılığı Putinin Rusiya hərbi sənayesinin qısa müddətdə yüksək rəqabətədavamlı olması və Rusiya Silahlı Qüvvələrinin ehtiyaclarını ödəməyə başlaması tələbi ilə uyğun gəlmir”.




Ana səhifəyə qayıt        Baxış: 3 057          Tarix: 3-11-2022, 09:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma