"Taxıl müqaviləsi Rusiyanın ondan uzaqlaşa bilməyəcəyi sistemli problemlərin bir modelidir".
Bunu Milli.Az-a açıqlamasında Gürcüstan Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Qela Vasadze deyib.
O bildirib ki, Rusiyanın taxıl müqaviləsini ləğv etməsindən sonra Ərdoğan Putinə hər şeyi izah edib:
"Taxıl müqaviləsi yayda bağlandıqda, bu, qazanc üçün çox gəlirli bir addım kimi görünə bilərdi. Hamı bu müqavilədən razı və xoşbəxt görünürdü, yeni məhsul üçün anbarları boşaltmağa çalışan Ukraynanı müşahidə etdik. Türkiyə isə Rusiyadan qanuni olaraq 25% endirimlə taxıl almaq imkanı əldə etdi. Və hər şey yaxşıdır dediyimiz anda, bir nüans diqqətdən qaçdı.
Moskvadan dedilər ki, aclığın qarşısını almaq üçün Ukrayna taxılı Avropaya gedir. Söhbət ondan gedir ki, Ukrayna Avropanın sabit və bahalı bazarında Rusiyanın yerini tutub və ruslar kasıb ölkələrə satdıqları taxılı türklərə 25% endirimlə satmalı oldular. Taxılın haqsız bölüşdürülməsi, qiymətlərdəki fərq diqqətdən qaçmadı.
Ancaq bu mövcud sövdələşmədən imtina etmək və güc nümayiş etdirmək üçün çıxış yolu da deyil. Baxmayaraq ki, Rusiya taxıl dəhlizi razılaşmasından imtina etdi, bu qərar cəmi bir neçə saat qüvvədə qala bildi.
Ərdoğan görünür ki, Putinə zəng vuraraq izah etdi ki, Rusiyanın bu qərarı təxribatdır və o, hazırda dünyada Rusiyaya qarşı olan münasibəti rus həmkarına xatırlatmış olub. O da aydındır ki, Putin bu mesajı mükəmməl başa düşüb.
Beş yüz ildən artıq Rusiya tarixində bu ölkənin müxtəlif hökmdarları olub, güclü və zəif, istedadlı və orta səviyyəli, lakin heç kim Rusiyanı Vladimir Putin qədər alçaltmayıb".
Milli.Az
Paylaş: