Xəbər lenti

 

Samsun şəhərinin Canik qəsəbəsində dondurma sexində partlayış baş verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, qaz balonlarının partlaması səbəbindən çıxan yanğın nəticəsində sexə bitişik obyektlər və yaxınlıqdakı avtomobillər də yanıb.

Partlayış o qədər güclü olub ki, evlərin və iş yerlərinin şüşələri də qırılıb.

Hadisə zamanı 11 nəfər yaralanıb, digər insanlar təxliyyə edilib. Yanğın uzun tədbirlərdən sonra söndürülüb.

Faktla bağlı araşdırma aparılır.




Ana səhifəyə qayıt        Baxış: 871          Tarix: 17-07-2017, 23:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma