Xəbər lenti
Dünən, 19:25

"Ukraynanın sülh formulu dəyişməz olaraq qalır".

Ovqat.com "Qaynarinfo"ya istinadən  xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko feysbukda yazıb.
Onun sözlərinə görə, Rusiya öz şərtlərini diktə etmək iqtidarında deyil.

O.Nikolenko həmçinin rəsmi Kiyevin şərtlərini açıqlayıb: "Müharibə dərhal dayandırılmalı, Rusiya qoşunları ölkə ərazisindən çıxmalı, Ukraynanın ərazi bütövlüyü təmin edilməli, dəymiş ziyan ödənilməli və təhlükəsizlik zəmanət verilməlidir”.

Ukrayna XİN-dən bildirilib ki, başqa şərtlər daxilində davamlı sülhə nail olmaq mümkün olmayacaq.
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv edin.




Ana səhifəyə qayıt        Baxış: 3 169          Tarix: 14-11-2022, 17:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma