“Malorusiya dövləti”nin yaradılması haqqında “DXR” (“Donetsk Xalq Respublikası” – red)) terrorçularının başçısının bəyanatı Moskvadan edilən zəngin nəticəsidir”.
Publika.az xəbər verir ki, bunu Rusiya publisisti və analitiki Vladimir Qolışev “Obozrevatel” nəşrinə açıqlamasında deyib.
“Ədəbsiz leksikanın tətbiqi ilə dişlərini göstərmək Kremlin üsullarından biridir. Kvazidövlət olan “Donetsk Xalq Respublikası” özünü daha gözəl adla adlandırmağa hazırlaşır. Zaxarçenko heç nəyi həll etmir. Ona sadəcə Moskvadan zəng vurdular və ədəbsiz leksikanın tətbiqi ilə nəsə etməyi əmr etdilər”, - o bildirib.
Rusiya analitikinin sözlərinə görə, bəyanatın ünvanı Birləşmiş Ştatlar ola bilər: “Hazırda Moskva bütün münaqişəli münasibətlərdə faktiki olaraq dünya oyunçusudur. Moskva hazırda Rusiya diplomatik mülkiyyətin həbsinə görə Vaşinqtonla toqquşur. Ola bilər, Kreml barıt qabında barıtın hələ də olduğunu göstərmək istəyirlər. Həmçinin göstərmək istəyirlər ki, onlar Zaxarçenkonu nəyisə banlamağa məcbur edə bilərlər”.
Onun fikrincə, Kreml “DXR”in rəsmi tanınmasına heç vaxt qərar verməyəcək.
“Amma Kreml simvolik hərəkətlərin zəngin palitrasını icazə verə bilər. Bunu dişlərin nümayişi kimi qiymətləndirmək olar. Görünür, bu, onlardan biridir”, - Qolışev əlavə edib.
Xatırladaq ki, bu gün “DXR”in başçısı Aleksandr Zaxarçenko “Malorusiya dövləti”nin yaradılmasını elan edib. Onun sözlərinə görə, yeni dövlətin yaradılması üçün keçid dövrü 3 il çəkəcək.
“Vəziyyət dalandadır. Biz ölkənin reinteqrasiyası planını təklif edirik. Vətəndaş müharibəsini dayandırmaq üçün vəziyyəti müzakirə etdik və nəticəyə gəldik ki, Ukrayna özünü baş tutmayan dövlət kimi özünü göstərdi. Kiyev rejimi vətəndaş müharibəsinə son qoymaq vəziyyətində deyil. Vəziyyətdən çıxış yolu Malorusiyya dövlətini təsis etməkdir. Malorusiya müstəqil gənc dövlətdir”, - Zaxarçenko deyib.
Zaxarçenko qeyd edib ki, “Malorusiya” vətəndaş müharibəsinə son qoymaq üçün son təklifdir. Onun sözlərinə görə, Donetsk şəhəri yeni “dövlət”in paytaxtı olacaq, amma tarixi-mədəni mərkəz statusu Kiyevə veriləcək.
Jurnalistlərə açıqlamasında Donetsk separatçılarının nümayəndəsi Aleksandr Timofeyev “Malorusiya”nın heç bir bloka daxil olmayacağını bildirib. Onun sözlərinə görə, ölkənin yeni kursu Rusiya ilə əlaqələrin bərpası olacaq:
“Biz müstəqilliyimizin qorunması üçün Rusiya və Belarus İttifaq Dövlətinə daxil olacağıq. Avropa Birliyi razı olacağı halda onlarla vizasız rejimi saxlayacağıq”.
Ukrayna prezidenti Pyotr Poroşenko “DXR”ə dərhal cavab verib. O, Ukraynanın Donbas və Krım üzərində suverenliyini bərpa edəcəyini bildirib.
“Novorossiya” layihəsi dəfn edilib. Ukrayna Donbas və Krımın üzərində suverenliyini bərpa edəcək”, - Poroşenkonun mətbuat katibi Svyatoslav Seqolko Tvitter səhifəsində dövlət başçısının sözlərini sitat gətirib.
Moskvada isə hesab edirlər ki, “Malorusiya dövləti”nin yaradılması qaçılmazdır. Dövlət Dumasının MDB işləri üzrə komitəsinin başçısı Leonid Kalaşnikov qeyd edib ki, “Malorusiya dövləti”nin yaradılması mütləqdir. Onun fikrincə, bu “DXR” və “LXR” sakinlərinin müharibədən çıxması ola bilər.
O qeyd edib ki, belə dövlətin yaradılması prosesi çoxdan başlanıb. Rusiya deputatın sözlərinə görə, bu varianta Donetsk, Luqansk, daha əvvəl isə Xarkovda hələ döyüş əməliyyatlarının başlanmasına və “DXR” ilə “LXR”in yaradılmasına qədər baxırdılar.
Qeyd edək ki, Kiyev “DXR” və “LXR”i (Rusiya onları “xalq respublikaları” adlandırır –red.) tanımır, onların nəzarəti altında olan əraziləri işğal edilmiş, hərbi gücləri isə terror qrupları hesab edir.
Paylaş: