Finlandiya hökuməti ölkənin Rusiya ilə sərhədinin bir hissəsi boyunca ayırıcı divarın tikintisinə 139 milyon avro xərcləməyi təklif edib.
AZƏRTAC xəbər verir ki, iki ölkə arasında 1300 kilometrlik sərhəd indiyədək əsasən yalnız nişanlar və digər kiçik məhdudlaşdırıcı elementlərlə işarələnib.
Bununla belə, Ukraynada müharibə başlayandan sonra Finlandiya hökuməti hibrid təhlükə problemlərinə və sığınacaq axtaranların kütləvi axınına hazırlığı artırmaq məqsədilə Rusiya ilə sərhədinin bir hissəsini hasarlamaq barədə planlarını açıqlayıb.
Ölkənin sərhəd mühafizəçiləri son nəticədə Finlandiyanın cənub-şərqindəki sərhəd keçidləri və ətraf ərazilərə diqqət yetirərək, ümumi sərhədin 10-20 faizini əhatə edən divar inşa etmək niyyətində olduqlarını bildiriblər.
Qeyd edək ki, bundan əvvəl bu məsələ ilə bağlı Finlandiyada siyasi partiyalararası xüsusi danışıqlar baş tutub.
Paylaş: