Xəbər lenti
Dünən, 19:25

“Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan dövlətlərin müşahidəçilər missiyası hələlik heç bir ciddi pozuntu qeydə almayıb”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında missiyanın rəhbəri Sergey Lebedev deyib.

“Bir seçki məntəqəsində gördük ki, bir nəfər məntəqənin ünvanını qarışdırıb, yanlış yerə gəlib. Başqa qanun pozuntusu qeydə almamışıq. Nə mən, nə də danışdığım müşahidəçilər”, - deyə o, bildirib.

Onun sözlərinə görə, səsvermə sakit və fəal keçir, seçici fəallığı kifayət qədər yüksəkdir.

“Hazırda nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq səsvermə zamanı hər hansı qanun pozuntusu və ya insident barədə məlumat verməyib”.




Ana səhifəyə qayıt        Baxış: 2 755          Tarix: 20-11-2022, 12:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma