Xəbər lenti
Dünən, 19:25

"Rusiyanın raket terroru energetika infrastrukturumuzun yarısını dağıdıb..."
 
"Ukraynaya qışı keçirmək üçün generatorlardan "Starlink" peyk rabitə terminallarınadək çox şeylər lazımdır..."
 
"Biz bilirik ki, Kreml bundan sonra da qarşısına bizim enerji obyektlərimizə zərbələr vurmaq vəzifəsini qoyub ku, qışın soyuğunu kütləvi qırğın silahına çevirsin..."
 
Rusiya tərəfindən Ukraynanın energetika, tibbi və təhsil infrastrukturunun minalanması və məhv edilməsi Moskvanın şüurlu siyasətidir və buna minlərlə sübutlar var.
 
Ovqat.com "Moderator.az"a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski Fransa merləri və bələdiyyə rəhbərlərinin 104-cü Konqresinin iştirakçılarına müraciətində bəyan edib.
 
"İşğalçılar ukraynalıların bu torpaqda, sadəcə, yaşaya bilməməsinə cəhd edir", - Zelenski vurğulayıb.
 
O, deyib ki, işğaldan azad edilən şəhər və kəndlərə ukraynalıların vərdiş etdiyi adi həyat qayıdır.
 
"Məhz buna görə də Ukrayna bizə, müdafiəmizə, maliyyəmizə, bərpa işlərinə bütün dəstək verənlərə minnətdardır. Bu, sözün birbaşa mənasında insanların həyatının xilas edilməsinə yardımdır", - o, əlavə edib.
 
"Bu gün, qış ərəfəsində, biz tammiqyaslı müharibə zamanı ən böyük təhlükələrdən biri ilə üzləşmişik. Rusiyanın raket terroru energetika infrastrukturumuzun, demək olar ki, yarısını dağıdıb. Və biz bilirik ki, Kreml qarşısına bundan sonra da enerji obyektlərinə zərbələr endirmək vəzifəsini qoyub. Bununla Rusiya Ukraynanın bütün ərazisində işğal etdiyi şəhər və kəndlərində etdiklərini etmək istəyir. O, həyatı məhv etmək istəyir".
 
Ukrayna işğalçıların bu niyyətlərinə qarşı müqavimət göstərir.
 
O, deyib ki, noyabrın 21-də Fransa prezidenti Makronla söhbəti zamanı "Rusiyanın bu taktikasından birgə müdafiə olunmağımız üçün nələri edə biləcəyimiz" barəsində danışıb.
 
"Bizin dəqiq razılaşmalarımız var. O cümlədən dekabrın əvvəlində Ukraynanın tez bir zamanda artıq indidən müvafiq Plana uyğun olaraq bərpası üçün konfransın keçirilməsi barəsində razılığa gəlmişik. Mən hamınızı konfansa və gələcək səylərə qoşulmağınıza çağırıram", - Ukrayna prezidenti davam edib.
 
Zelenski konfrans iştirakçılarına danışıb ki, Ukraynaya qışı keçirmək üçün generatorlardan "Starlink" peyk rabitə terminallarınadək çox şeylər lazımdır.
 
"Bizim üçün bunlar, sadəcə, texnika məsələsi düeyil. Ukrayna üçün bu, terrordan müdafiə olunmaqdir, -prezident vurğulayıb. - Elə fransız şəhərləri və bələdiyyələri səviyyəsində minalardan təmizləmədə və ya yanğınsöndürənlər və xilasedicilər, bizim tibb işçilərimiz üçün edilən yardımlarda- generatorlar və konkret rabitə sistemlərinin verilməsində olduğu kimi. Bunlar tamamilə insanların müdafiəsi üçündür".
 
O, merlərə və bələdiyyə nümayəndələrinə Ukraynaya yardımda "konkret olmağa" və şəhər və icmalarımızın terrordan qorunmasında dəstək verməyə çağırış edib.  Zelenski əmindir ki, birgə səylərlə buna nail olmaq mümkün olacaq.



Ana səhifəyə qayıt        Baxış: 2 983          Tarix: 23-11-2022, 19:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma