Xəbər lenti
Dünən, 19:25

Livanda keçirilən prezident seçkisində namizədlərdən heç biri lazımi sayda səs toplaya bilməyib. Parlamentdə müvafiq səsvermə yeddinci dəfə keçirilib.

“Prezidentliyə namizədlərdən heç biri qalib gəlmək üçün zəruri olan 128 parlament üzvündən 65-nin dəstəyini ala bilməyib. Ən çox səsi müxalifət fraksiyalarının namizədi Mişel Müavvad toplayıb - 42. Altı deputat müstəqil namizəd İssam Xəlifəyə səs verib”, - deyə Livan parlamentinin spikeri Nabih Berri bildirib.

Onun sözlərinə görə, 50 deputat bülletenləri boş təhvil verib.

Livanda prezident parlament üzvləri tərəfindən səsvermə yolu ilə seçilir. Bundan öncəki seçki sentyabrın 27-də keçirilib. Növbəti səsvermə dekabrın 1-də keçiriləcək.

Livan prezidenti Mişel Aunun səlahiyyət müddəti oktyabrın 31-də başa çatıb. O, altı il dövlət başçısı vəzifəsində çalışıb. Vəzifədən getdikdən sonra Livan konstitusiyasına əsasən, dövlət başçısının funksiyalarını müvəqqəti olaraq baş nazir Nəcib Mikatinin rəhbərlik etdiyi hökumət həyata keçirir.

Mənbə: Kommersant




Ana səhifəyə qayıt        Baxış: 2 115          Tarix: 24-11-2022, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma