Xəbər lenti
Dünən, 19:25

Rusiyanın hərbi xərclərinin fantastik məbləğlərə çatdığı bildirilir. Belə ki, qismən səfərlikdən sonra Rusiya ordusunun sayı daha 300 min nəfər artıb. Bu, milyardlarla dollar əlavə təchizah xərcləri anlamına gəlir.

Ancaq buna paralel olaraq, Kreml Rusiya ordusunun Ukrayna savaşında həlak olan və yaralanan hərbçilərinə də kompensasiya ödəmək məcburiyyətində qalıb. Və kompensasiya ödənişlərinə sərf edilən maliyyə vəsaitləri də artıq fantastik məbləğlərə çatıb.

Musavat.com xəbər verir ki, “Forbes” Rusiyanın Ukrayna savaşında həlak olan və yaralanan hərbçilərə görə xərclədiyi maliyyə vəsaitləri barədə olduqca maraqlı məlumat yayıb. Həmin məlumata görə, Rusiyanın həlak olmuş və yaralanmış hərbçilərin ailələrinə ödədiyi kompensasiya son ay ərzində 3,5 milyard dollara çatıb.

Kompensasiya məbləğinin belə kəskin artmasının əsas səbəblərindən biri kimi qismən səfərbərlik ilə Rusiya ordusunun say tərkibinin artırılması göstərilir. Belə ki, təcrübəsiz və təlim keçməmiş hərbçilərin Rusiya ordusunda üstünlük təşkil etməyə başlaması canlı itkilərin də sayını da rekord həddə çatdırıb.

Halbuki “Forbes” qismən səfərbərliyə qədər Kremlin Rusiya ordusunun həlak olmuş və yaralanmış hərbçilərinin ailələrinə hər ay 1 milyard dollara yaxın məbləğdə kompensasiya ödədiyini bildirir. Ancaq noyabr ayında bu məbləğ artıq 3,5 milyard dollar təşkil edir.




Ana səhifəyə qayıt        Baxış: 3 365          Tarix: 26-11-2022, 17:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma