Almaniyanın sağçı “Almaniya üçün Alternativ” partiyasının nümayəndəsi Beatrix fon Storx rusiyalı ifrat sağçı oliqarx Konstantin Malofeyevlə bağlantıları olub və ondan ianələr alıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir nəticə Hamburq Ali Regional Məhkəməsinin qərarında hasil olunub.
Malofeyevin, alman ifrat sağçılarına yaxınlığı ilə bilinən və fon Ştorx ailəsinin maliyyələşdirdiyi Demo für alle (Hamı üçün nümayiş) ittifaqına 75.000 avro bağışladığı ortaya çıxıb.
Fon Ştorxun Kremllə əlaqələri hələ bu ilin sentyabrda Yaşıllar Partiyasının nümayəndəsi Andreas Audreç tərəfindən açıqlanmışdı.
O, “Almaniya üçün Alterntiv” partiyasının təmənnasız şəkildə "Bundestaqda Putinin təbliğatını apardığını" və "Almaniyada böyük pullara malik antidemokratların ölkədə nüfuz və təsirlərini artırdığını" söyləyib. Bunun üçün fon Ştorxların fəal iştirak etdiyi "Evlilik. Ailə. Həyat" dərnəyi Audreçi böhtana görə məhkəməyə verib. Lakin Audrexin təqdim etdiyi sübutları araşdıran məhkəmə onun sözlərinin böhtan deyil, faktların göstəricisi olduğuna qərar verib.
Rusiyalı oliqarx iş adamı Konstantin Malofeyev “Marshal Capital”ın təsisçisi, “Rostelekom”un keçmiş səhmdarı və direktorlar şurasının üzvüdür. O, özünü pravoslav monarxist və Rusiya imperiyasının dirçəlişinin tərəfdarı adlandırır. Malofeyevin fikrincə, bunu prezident Vladimir Putin həyata keçirməlidir. KonstantinMalofeyev Ukraynaya qarşı son dərəcə aqressiv mövqe sərgiləyən “Tsarqrad” televiziyasının təbliğat kanalının sahibi və baş ideoloqudur. O, həm də patriarx Kirilin rəhbərlik etdiyi “Ümumdünya Rus Xalq Şurası” ictimai təşkilatı rəhbərinin müavinidir.
2014-cü ildən Malofeyev Avropa İttifaqı, ABŞ və Kanadanın sanksiyaları altındadır. 2022-ci ilin aprelində ABŞ-da ona qarşı sanksiyalardan yayınmağa görə cinayət işi açılıb.
2022-ci ilin aprel ayında Nyu-Yorkun Cənub Bölgəsi prokuroru Malofeyevin ABŞ vətəndaşı Cek Henik vasitəsilə Birləşmiş Ştatlar banklarında saxlanılan təxminən 10 milyon dolları Yunanıstana köçürməyi bacardığını bildirib.
Paylaş: