Xəbər lenti

İsrail İrana hücum hazırlığını artırıb.

Axar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz deyib.

Hərbi Hava Qüvvələrinin məzuniyyət mərasimində danışan Qantz bir gün pilotların belə bir hücumda iştirak etmək üçün çağırıla biləcəyini söyləyib:

"Siz iki-üç ildən sonra şərqdə səmanı keçib İranın nüvə obyektlərinə hazırlaşdığımız hücumda iştirak edə bilərsiniz, eyni zamanda son illərdə hazırlığımız xeyli artırılıb".

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi İrana əməliyyat üçün hazırlıq səviyyəsinin kəskin kəskin yüksəldiyini bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 3 084          Tarix: 28-12-2022, 23:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma