Xəbər lenti
Dünən, 19:25

Cənubi Koreya Prezidenti Yun Sok-Yol Şimali Koreya lideri Kim Çen Inla sammit keçirməyə hazır olduğunu açıqlayıb.

O qeyd edib ki, görüş praktiki nəticə əldə etmək üçün aktual məsələlərin həllinə yönəlməlidir.

Yun Sok-Yolun sözlərinə görə, Cənubi Koreyada Şimali Koreya lideri ilə əvvəlki görüşlərdən məyusluq var, ondan sonra münaqişənin həllində ciddi nəticələr əldə olunmayıb.

“İlk növbədə humanitar məsələlərdən başlamalıyıq, Cənub və Şimal arasında təmaslara və dialoqa qapı açmalıyıq. Müəyyən sayda müzakirələr aparılmalı, istiqamət müəyyən edilməlidir. Yalnız bu formada sammit faydalı nəticələr verə bilər ki, biz bu barədə xalqa və qonşu ölkələrə məlumat verə bilərik. Sammitdən imtina etmək üçün heç bir səbəb yoxdur, amma görüntü xatirinə keçirilən sammit Koreya yarımadasında sülhə kömək edəcəkmi?” - Yun qeyd edib.

Mənbə: Chosun Ilbo




Ana səhifəyə qayıt        Baxış: 2 214          Tarix: 2-01-2023, 14:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma