Xəbər lenti

 

“Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və hörmətlə yanaşır”. Bu barədə jurnalistlərə Belçikanın Azərbaycandakı səfiri Bert Skufs deyib.

 "Belçikanın Dağlıq Qarabağ ilə bağlı mövqeyi aydındır. Biz Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik və hörmətlə yanaşırıq. Belçika münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. Günahsız mülki şəxslərin onların heç bir aidiyyəti olmadığı səbəblərə görə həlak olması məni şoka saldı. İki həftə əvvəl baş verənlərin, əlbəttə, sülh yolu ilə nizamlamaya heç bir aidiyyəti yoxdur. Alxanlıda baş verənlər faciə idi", - deyə Bert Skufs qeyd edib. 




Ana səhifəyə qayıt        Baxış: 845          Tarix: 20-07-2017, 21:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma