Xəbər lenti

Belarus Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələri hərbçiləri “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri ilə birlikdə Belarus-Polşa sərhədi yaxınlığında yerləşən “Brestski” poliqonunda bir sıra döyüş hazırlığı tapşırıqlarını işləyəcəklər.

Bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Belarus Silahlı Qüvvələri “Vaqner” özəl hərbi şirkətinin döyüşçüləri ilə birgə təlimləri davam etdirirlər. Bir həftə ərzində xüsusi təyinatlı qüvvələrin bölmələri şirkətin nümayəndələri ilə birlikdə “Brestski” poliqonunda döyüş hazırlığı tapşırıqlarını işləyib hazırlayacaqlar”, - deyə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, daha əvvəl Belarus Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada “Vaqner” döyüşçülərinin Moqilyev vilayətinin Osipoviç şəhəri yaxınlığında Belarus ərazi qüvvələrinin hərbi personalının təlimində iştirak etdiyi bildirilib.

Belarus tərəfi “Vaqner” özəl hərbi şirkətinin ölkəyə gələn döyüşçülərinin sayı barədə isə dəqiq açıqlama vermir.

Mənbə: TASS  




Ana səhifəyə qayıt        Baxış: 2 985          Tarix: 20-07-2023, 15:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma