Xəbər lenti

Rusiya hərbçiləri Odessa vilayətində taxıl və kənd təsərrüfatı avadanlıqlarının saxlanıldığı terminalı gecə saatlarında “Kalibr” raketləri ilə atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Cənub Müdafiə Qüvvələrinin spikeri Nataliya Qumenyuk bildirib.

"Düşmən terroru davam etdirir, bu, şübhəsiz ki, "Taxıl sazişi" ilə bağlıdır. Bu gecə işğalçılar Odessa vilayətində kənd təsərrüfatı müəssisəsini vurublar", - o deyib.

Məlumata görə, işğalçılar 100 ton noxud və 20 ton arpa məhv ediblər. Partlayış nəticəsində iki nəfər yaralanıb. Onlara bütün lazımi tibbi yardım göstərilib. Onun sözlərinə görə, raketlər Ukraynanın dövlət sərhədinə maksimum yaxınlaşmaqla çox aşağı hündürlükdə uçublar. Belə şəraitdə də raketlərin aşkarlanması çətindir.

Qeyd edək ki, ruslar üçüncü gecədir ki, Odessa vilayətinə hücuma keçiblər. Raket və kamikadze dronlardan istifadə edərək, limanlar, dayaqlar və ticarət şəbəkələrini hədəfə alıblar. Düşmənin hücumu nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb. Hücum zamanı Çin Konsulluğunun binasına da ziyan dəyib.




Ana səhifəyə qayıt        Baxış: 3 544          Tarix: 21-07-2023, 13:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma