Xəbər lenti

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qara dəniz taxıl təşəbbüsü ilə bağlı Rusiyaya yalan danışdıqlarını iddia edib.


Musavat.com xəbər verir ki, Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində mətbuat konfransı keçirib.


Brifinq zamanı jurnalist nazirə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşin Rusiyanın “Qara dəniz taxıl təşəbbüsünə yenidən qoşulmaq istəyinin olub-olmamasını sorğulaması” ilə bağlı sual ünvanlayıb.


Lavrov BMT-nin baş katibi Quterreşin sözlərinə cavab verə bilməyəcəyini ifadə edib: "Bizə yalan danışdılar. Baş katib ya bunu deməyə məcbur edildi, ya da yanlış yönləndirildi".


“Onlar (Qərb) bilavasitə Rusiya gübrəsinin və taxılının ixracını asanlaşdırmaq üçün investisiyaların yumşaldılacağını bildiriblər”, - Lavrov deyib.




Ana səhifəyə qayıt        Baxış: 2 871          Tarix: 25-09-2023, 16:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma