Xəbər lenti

Almaniya İsrail istehsalı olan “Arrow 3” hipersəs raket sisteminin alınması ilə bağlı istehsalçı ölkə ilə saziş bağlayıb.

Bu barədə “Report” AFP-yə istinadən xəbər verir.

Almaniyanın müdafiə naziri Boris Pistorius israilli həmkarı Yoav Qallant ilə birgə keçirdiyi mətbuat konfransında sazişin imzalanmasının hər iki ölkə üçün tarixi gün olduğunu bildirib. Təxminən 3,5 milyard dollar dəyərində olan sövdələşmə İsrail hərbi sənayesi tarixində ən böyük sövdələşmədir.




Ana səhifəyə qayıt        Baxış: 3 285          Tarix: 29-09-2023, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma