Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Voronej əyalətinin qubernatoru ilə yerli çeçenlər ətrafında baş verən insidenti müzakirə edib.
Axar.az xəbər verir ki, Kadırov bu barədə rəsmi İnstaqram hesabında yazıb.
“Voronejdə yaşananlara heç kim biganə qalmadı. Günahkarlar səhvlərini və bu cür davranışın yolverilməzliyini etiraf etdilər. Minlərlə Rusiya vətəndaşı həmin qıza, körpəyə və əzizlərinə qarşı qeyri-insani davranışı mühakimə etdi. İstintaq başladıqdan sonra Ruslan Abdulayev azadlığa buraxıldı. Hadisəni törədənlər zərərçəkənlərdən üzrlərinin qəbul edilməsini istədi”, - Kadırov bildirib.
Xatırladaq ki, Voronej vilayətində uzun paltar geyindiyi və başı örtülü olduğu üçün çeçen ailəsinə qarşı polis tərəfindən kobud rəftar edilmişdi.
Paylaş: