Xəbər lenti

“Biz düşmənlərimizi misligörünməmiş zərbə ilə vururuq”.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS-a qarşı müharibə ilə bağlı xalqa müraciətində deyib.

“Bu gün hamı bilir ki, biz vətənimiz üçün vuruşuruq və şir kimi döyüşürük. Biz hamımız birik”, - deyə bildirib.

“Biz düşmənlərimizin törətdiyi vəhşilikləri heç vaxt unutmayacağıq və heç vaxt bağışlamayacağıq. Biz heç vaxt imkan verməyəcəyik ki, dünya bu vəhşilikləri unutsun”, - deyə Netanyahu qeyd edib.

“Biz düşmənlərimizə misligörünməmiş zərbələr endiririk, amma vurğulayıram, bu hələ başlanğıcdır”, - deyə o qeyd edib.

“Düşmənlərimiz bunun əvəzini yenicə ödəməyə başlayıblar. Mən bundan sonra nə baş verəcəyi barədə ətraflı danışmayacağam. Ancaq sizə deyirəm, bu, yalnız başlanğıcdır”, - deyə baş nazir əlavə edib.

Mənbə: “The Times of İsrael”




Ana səhifəyə qayıt        Baxış: 3 415          Tarix: 14-10-2023, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma