İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari yenidən Qəzza zolağının sakinlərini anklavın cənub hissəsinə getməyə çağırıb və hərbi əməliyyatlar başa çatdıqdan sonra onlara geri qayıtmaq imkanı vəd edib.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün brifinq zamanı bildirib.
"Çağırışımız bütün Qəzza sakinlərinə ünvanlanır. Təhlükəsizlik baxımından humanitar yardım, qida, dərman və suyun mövcud olduğu zolağın cənubuna doğru gedin. Döyüşlər bitdikdən sonra sakinlər Qəzzə şəhərinə və onun ətrafına qayıda biləcəklər".
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri 10 gün əvvəl də Qəzza zolağının şimalındakı sakinləri cənuba köçməyə çağırıb. İsrail hərbçiləri tərəfindən paylanan vərəqələrdə insanlara evlərini tərk edərək cənuba getmələri barədə xəbərdarlıq edilib.
Paylaş: